featured-image-56849

Türkiyənin “Fənərbağça” klubunun baş məşqçisi Joze Mourinyo “Trabzonspor”a 3:2 hesabı ilə qalib gəldikləri Superliqanın XI tur matçından sonra mətbuat konfransında maraqlı açıqlama verib.

Msport.az xəbər verir ki, mütəxəssis ölkədəki hakimliyi kəskin tənqid edib:

“Məni buraya gətirən “Fənərbağça” rəhbərliyini günahlandırıram. Onlar mənə buradakı vəziyyətin yarısını danışıblar. Hakimlik haqqında tam danışsaydılar, buraya gəlməzdim”.

Qeyd edək ki, “Fənərbağça” 23 xalla ikinci pillədə qərarlaşıb. Komanda lider “Qalatasaray”dan beş xal geridədir.

Bənzər xəbərlər