Mourinyo: “Heç vaxt Çempionlar Liqasını qazana bilməyəcəyik”
“Çempionlar Liqasında oynamağa üstünlük verərdim, amma orada biz heç vaxt finala çıxa bilməyəcəkdik. Lakin Avropa Liqasında şansımız var. Rəqabət nöqteyi-nəzərindən Avropa Liqası komandamız üçün daha maraqlı turnirdir”.
Msport.az xəbər verir ki, bu fikirləri Türkiyənin “Fənərbağça” komandasının baş məşqçisi Joze Mourinyo evdə Fransanın “Lill” kollektivi ilə əlavə vaxtda heç-heçə etdikləri (1:1) matçdan sonra deyib.
Səfərdəki görüşdə fransızlar 2:1 hesablı qələbəyə seviniblər.
Portuqaliyalı mütəxəssis oyunçuları ilə fəxr etdiyini söyləyib: Komanda olaraq hər şeyi etdik. Dünyanın ən böyük klublarına qarşı oynamaq şansımızı itirdik, amma fakt odur ki, onsuz da heç vaxt Çempionlar Liqasını qazana bilməyəcəyik.
Qeyd edək ki, “Fənərbağça” sonuncu dəfə 15 il öncə – 2008-09 mövsümündə Çempionlar Liqasında mübarizə aparıb.