featured-image-50324

Baş məşqçi postuna Joze Mourinyonu gətirən “Fənərbaxça” heyətinə ulduz futbolçuları qatmağa çalışır. Msport.az “Footmercato”ya istinadən xəbər verir ki, İstanbul klubu “Liverpul”un hücumçusu Darvin Nunyesi transfer etmək istəyir.

Mənbənin sözlərinə görə, portuqaliyalı mütəxəssis bir çox mövqelərin gücləndirilməsini tələb edir. “Fənər”in artıq uruqvaylı forvardla danışıqlara başladığı deyilir.

25 yaşlı futbolçu ötən mövsüm bütün turnirlərdə 54 oyunda 18 qol vurub və 13 məhsuldar ötürmə verib. Transfermarkt onun dəyərini 70 milyon avro qiymətləndirir.

Bənzər xəbərlər