Mourinyo niderlandlı jurnalistə kobud cavab verib
“Roma”nın baş məşqçisi Joze Mourinyo niderlandlı jurnalistə kobud formada cavab verib. Msport.az xəbər verir ki, hadisə Avropa Liqasının 1\4 final mərhələsinin “Feyenoord” – “Roma” matçından (1:0) sonra baş verib.
mətbuat konfransında media nümayəndəsi portuqaliyalı mütəxəssisdən 2022-ci ildə keçirilmiş Konfrans Liqasının finalı barədə soruşub. Xatırladaq ki, həmin vaxt İtaliya klubu 1:0 hesabı ilə “Feyenoord” üzərində qələbə qazanmışdı. Jurnalist Mourinyodan soruşub ki, nə etmək lazımdır ki, bu dəfə vəziyyəti dəyişə bilsin?
Mounun cavabı belə olub: “Son 10 ayda sən ağlayırdın (gülür). Lakin sən ağlamalı deyilsən. Bilirsən niyə? Uduzulmuş oyunda qalib gəlmək mümkün deyil. Sən məğlub olmusan, qalib gələ bilməzsən.
Sənin üçün problem odur ki, bu yolun yarısıdır. Sənə söz verirəm, mən uduzsam, ağlamayacam, yatacam. 10 ay kabus görüb yuxusuzluqdan əziyyət çəkməyəcəm”.
ANAR ABDULLAYEV







