Mourinyo onların “Fənərbağça”da qalmasını istəyir
Türkiyənin “Fənərbağça” klubu iki futbolçusu ilə müqavilənin müddətini uzada bilər.
Msport.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
İstanbul təmsilçisinin baş məşqçisi Joze Mourinyo Osayi Samuel və İrfan Can Kahvecinin komandada qalmasını istəyir. Klub yığma komandaların matçlarından sonra hər iki oyunçu ilə danışıqlara start verəcək.
Qeyd edək ki, futbolçuların sözləşmələri mövsümün sonunda başa çatacaq.