Mourinyo onu “Fənərbağça”da görmək istəyir
İspaniyanın “Sevilya” klubunun futbolçusu Yussef En-Nesiri karyerasını Türkiyədə davam etdirə bilər.
Msport.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira məlumat yayıb.
Onun sözlərinə görə, İstanbul təmsilçisinin baş məşqçisi Joze Mourinyo 27 yaşlı hücumçunu komandasında görmək istəyir. Hazırda tərəflər oyunçunun mümkün maaşını müzakirə edirlər.
Qeyd edək ki, mərakeşli forvard ötən mövsüm 41 oyuna 20 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.