Mourinyo Portuqaliya millisində işləməkdən imtina etdi
Joze Mourinyo Portuqaliya millisini çalışdırmaqdan imtina edib.
Msport.az xəbər verir ki, Portuqaliya Futbol Federasiyası üçün yığmaya bir nömrəli namizəd Mourinyo olub. Lakin 59 yaşlı mütəxəssis “Roma”da işlədiyindən yığmada çalışmağa razılıq verməyib.
Onun paytaxt komandası ilə müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub. Məşqçi anlaşmanın sonunadək fəaliyyətini davam etdirmək istəyir.
Portuqaliya seçməsi növbəti oyununu gələn ilin martında keçirəcəyinən federasiya rəhbərliyi yeni baş məşqçi məsələsində tələsmir. Ola bilsin ki, vakant post hazırda U-21-ə rəhbərlik edən Ruy Jorjeyə tapşırılsın.







