featured-image-68571

“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo gələcəkdə Portuqaliya millisinə rəhbərlik etmək arzusunu dilə gətirib. Msport.az xəbər verir ki, təcrübəli mütəxəssis nə vaxtsa vətənində çalışmaq istədiyini deyib:

“2004-cü ildən Portuqaliyada işləməmişəm. İnanmıram ki, bizim ölkədə onunla barışsınlar ki, mən Portuqaliya millisini yox, hansısa başqa yığmanı çalışdırım.

Arzularımdan biri də Portuqaliya seçməsi ilə dünya çempionatında iştirak etməkdir. Heç vaxt Braziliya millisində işləmək variantını nəzərdən keçirməmişəm.

Millidə ilk təcrübəm Portuqaliya yığmasında olmalıdır. İnsanlar başa düşməlidir ki, mən peşəkaram və başqa komandalara rəhbərlik edə bilərəm. Lakin bu elə komandalar olmalıdır ki, məni nə iləsə  bağlasın. Braziliya ilə mənim vətənim arasında tarixi bağlar var, İngiltərə evim var, İtaliya isə bir neçə il işlədiyim ölkədir. Amma yenə deyirəm, millilərdə ilk işim Portuqaliya komandası olmalıdır”.

Bənzər xəbərlər