featured-image-18840

Joze Mourinyo Portuqaliya millisinin baş məşqçi postuna əsas namizəddir. Msport.az xəbər verir ki, Portuqaliyanın “Record” qəzeti bu haqda məlumat yayıb.

Fernandu Santuş yaxın vaxtlarda yığmadan gedəcək və onun yerinə əsas namizəd hazırda “Roma”nı çalışdıran Mourinyodur. Nəşrin yazdığına görə, 59 yaşlı mütəxəssislə hələ ki qeyri-formal şəraitdə söhbət aparılıb.

Qeyd edək ki, Mourinyonun “Roma” ilə 2024-cü ilə qədər müqaviləsi olduğundan hazırda onun təyinatı mümkün deyil. O, eyni zamanda klubda və millidə işləmək istəmir. “Roma” rəsmiləri də bunun əleyhinədirlər.

Cari mövsümün gedişində Mourinyo Portuqaliya seçməsinin baş məşqçisi olmayacaq. Əgər Portuqaliya Futbol Federasiyası ilə “Roma” ortaq məxrəcə gəlsə, təyinat iyunda ola bilər. Məşqçiyə DÇ-2026-cı ilə qədər nəzərdə tutulan müqavilə təklif olunur.

Əgər razılıq əldə olunsa, yaya kimi Portuqaliya yığmasına hazırda gənclər komandasını çalışdıran Ruy Jorje rəhbərlik edəcək.

Bənzər xəbərlər