featured-image-69339

“Nottingem Forest”in yeni baş məşqçisi vəzifəsinə əsas namizədlərin adları açıqlanıb.

Msport.az xəbər verir ki, ilkin variant kimi “Tottenhem”ın sabiq çalışdırıcısı Anqelos Postekoqlu göstərilir.

O, London klubundan ayrıldıqdan sonra hazırda işsizdir. Digər namizədlərdən biri də “Fənərbağça”dan ayrılan Joze Mourinyodur. Klub prezidenti Evangelos Marinakisin isə “Fulhem”in baş məşqçisi Marku Silva ilə də maraqlandığı bildirilir.

Qeyd edək ki, “Nottingem Forest” bir müddət əvvəl müqaviləsini 2028-ci ilə qədər uzatdığı Nunu Eşpiritu Santunu istefaya göndərib. Klub hazırda Premyer Liqadanın turnir cədvəlində 4 xalla 10-cu pillədə qərarlaşıb.

Bənzər xəbərlər