featured-image-69163

Joze Mourinyo 4 illik fasilədən sonra Premyer Liqaya qayıda bilər.

Msport.az xəbər verir ki, ötən həftə “Fənərbağça”dan qovulan portuqaliyalı “Vest Hem”in baş məşqçisi postuna əsas namizəddir.

Hazırda komandaya başçılıq edən Qrem Potterin rəhbərliyi altında Premyer Liqanın ilk 3 turunda 3 xal qazanan londonlular onu istefaya göndərməyə hazırlaşır. Potter istefa verərsə, “Vest Hem” rəhbərliyi Mourinyonu baş məşqçi postuna gətirəcək.

Mourinyu artıq Premyer Liqada “Çelsi”, “Mançester Yunayted” və “Tottenhem”i çalışdırıb.

Bənzər xəbərlər