featured-image-27884

İtaliya millisinin sabiq hücumçusu Antonio Kassano “Roma”nın baş məşqçisi Joze Mourinyonu tənqid edib.

Msport.az xəbər verir ki, daim qalmaqallı açıqlamaları ilə diqqət mərkəzinə düşən veteran futbolçu portuqaliyalı mütəxəssisi “Mançester Siti”yə rəhbərlik edən Pep Quardiola ilə müqayisə edib:

“Mourinyo heç Qvardiolanın ayaqqabılarını təmizləməyə yaramaz. O, pensiyaya çıxanda heç kimin yadına düşməyəcək. Mourinyo məşqçi kimi keçmişdə qalıb. Mənə maraqlı deyil o, hansı titulları qazanıb, onları arxasına soxa bilər.
Həmin mükafatları müasir futbolda əldə etməyib”.
Qeyd edək ki, bir müddət əvvəl Kassano demişdi ki, Mourinyonun futbol vecinə deyil.
60 yaşlı Mou 2021-ci ilin yayından İtaliya klubunda işləyir. O, 2022-ci ildə komandasına Konfrans Liqasını qazandırıb.

ANAR

Bənzər xəbərlər