featured-image-15841

İtaliyanın “Roma” komandasının baş məşqçisi Joze Mourinyo yeni rekorda imza atıb.

Msport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis buna Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində Finlandiyanın HJK komandasına 2:1 hesabıyla qalib gəldikləri səfər matçında nail olub.

Bu, Mourinyonun avrokuboklarda məşqçi kimi 107-ci qələbəsi olub. Bununla da o, avrokuboklarda ən çox qələbə sevinci yaşamış məşqçiyə çevrilib.

Daha öncə bu rekord “Mançester Yunayted”in sabiq baş məşqçisi Aleks Ferqyusona məxsus idi – 106.

Bənzər xəbərlər