“Mourinyonu 10 oyunluq cəzalandırmaq lazımdır”
“Joze Mourinyonu Avropa Liqasının finalından sonra hakim Entoni Teyloru təhqir etdiyi üçün 10 oyunluq cəzalandırmaq lazımdır”.
Msport.az xəbər verir ki, bu fikirləri ingiltərəli sabiq referi Keyt Xekket səsləndirib. “Roma” ilə “Sevilya” arasında həlledici görüşdən “sonra portuqaliyalı mütəxəssis hava limanında Teylora kəskin formada iradıarını bildirib.
“Mourinyo kimi məşqçilər hesab edirlər ki, onlara hər şey olar. Onu cəzalandırıb stadiona girişini məhdudlaşdırmaq lazımdır. Mourinyonun Budapeşt aeroportinda Entoni Teylora dedikləri yolverilməzdir”.
Xatırladaq ki, final görüşündə “Sevilya” oyunsonrası penalti zərbələrində “Roma”nı məğlub edib – 1:1, 4:1-penaltilər.
ANAR







