featured-image-24178

“Roma”nın baş məşqçisi Joze Mourinyonun A Seriyasının 24-cü turunda “Kremoneze” ilə matçda aldığı qırmızı vərəqəyə görə neçə oyunluq cəzalandığı müəyyənləşib.

Msport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis 2 oyunluq cəza alıb.

Bu barədə A Seriyasının rəsmi saytı məlumat yayıb. Mourinyo cəza ilə yanaşı, 10 min avro cərimə də ödəyəcək.

Xatırladaq ki, Mourinyo 1:2 hesabıyla uduzduqları bu matçda dördüncü hakim Marko Serra, həmçinin baş hakim Marko Piçinini ilə mübahisə səbəbindən texniki zonadan qovulmuşdu. Jozenin onları təhqir etdiyi bildirilir. Bundan əlavə, o, matçdan sonra hakimlər otağına daxil olub və dördüncü hakimə təhqiramiz ifadələrlə müraciət edib.

Mourinyo aldığı cəza səbəbindən martın 5-də və 12-də keçiriləcək “Yuventus” və “Sassuolo” ilə matçlarda texniki zonada yer ala bilməyəcək.

Bənzər xəbərlər