featured-image-24380

“Roma”nın baş məşqçisi Joze Mourinyonun cəzası ləğv edilib. Msport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis “Yuventus”la oyunda komandasına rəhbərlik edə biləcək.

Mourinyo İtaliya A seriyasının 24-cü turunda “Kremoneze” ilə matçdan (1:2) sonra hakimlərlə mübahisə etdiyi üçün 2 oyunluq diskvalifikasiya olunmuşdu. Qeyd edək ki, Mou görüşdən sonra hakimlər otağına girmişdi.

“Roma” baş məşqçisinin cəzalanması ilə bağlı apellyasiya verərək göstərib ki, Mourinyonun özünü belə aparmasının səbəbi 4-cü hakimin təxribatı olub. İtaliya Futbol Federasiyası cəzanın dayandırılması barədə qərar verib.

Federasiyaya məşqçi ilə hakim arasında baş vermiş mübahisəni araşdırmaq üçün müəyyən qədər vaxt lazım gələcək.

Xatırladaq ki, “Roma” – “Yuventus” oyunu sabah saat 23:45-də start götürəcək.

ANAR ABDULLAYEV 

 

Bənzər xəbərlər