featured-image-24891

“Roma”nın baş məşqçisi Joze Mourinyo hakimlərlə mübahisəyə görə diskvalifikasiya olunub.

Msport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis İtaliya A seriyasının 24-cü turunda “Kremoneze” ilə matçdan (1:2) sonra 2 oyunluq cəzalanmışdı.

Apellyasiya səbəbindən “Yuventus”la görüşdə cəza dondurulmuşdu və Mourinyo texniki zonada komandasına rəhbərlik etmişdi. Mou apellyasiyanı uduzduğundan cəza yenidən qüvvəyə minib. O, “Sassuolo” və “Latsio” ilə oyunları buraxmalı olacaq.

Bu qərardan sonra “Roma” bəyan edib ki, bu qarşılaşmalar başa çatana qədər klubdan heç kim media ilə danışmayacaq.

Mourinyo isə qərar açıqlandıqdan sonra sosial şəbəkədə əllərini çarpaz formada tutaraq şəkil paylaşıb.

ANAR ABDULLAYEV   

Bənzər xəbərlər