featured-image-41803

Portuqaliyalı baş məşqçi Joze Mourinyonun İtaliyanın “Roma” klubundakı taleyinə aydınlıq gəlib.

Msport.az “Calciomercato” nəşrinə istinadən xəbər verir ki, “canavarlar” 60 yaşlı baş məşqçiyə yeni sözləşmə təklif edəcək.

Lakin bu sözləşməyə komanda 2024/2025 mövsümündə Çempionlar Liqasına vəsiqə qazanarsa, müqavilənin avtomatik uzadılması variantı da daxil olacaq.

Qeyd edək ki, Mourinyo 2021-ci ildən “Roma”da işləyir. İtaliya təmsilçisi onun rəhbərliyi altında Avropa Konfrans Liqasının qalibi olub.

Bənzər xəbərlər