Mouriyno “Roma”da qalmağa qərar verdi
Joze Mourinyo daha bir mövsüm “Roma”da qalacaq. Msport.az “Corriere dello Sport”a isinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis 2024-cü ilə qədər paytaxt klubunda qalmağa qərar verib.
60 yaşlı mütəxəssisə bir çox ölkələrin komandalarından maraq olsa da, o, “Roma”da fəaliyyətini davam etdirmək istəyib. Gələn yay onun müqaviləsinin müddəti başa çatır.
Mourinyo 2021-ci ildən İtaliya klubunu çalışdırır. “Roma” onun rəhbərliyi altında 2022-ci ildə UEFA Konfrans Liqasını qazanıb.
ANAR ABDULLAYEV







