featured-image-64160

“Barselona”nın yarımmüdafiəçisi Pedri İspaniya La Liqasında mövsümün rekorduna imza atıb.

Msport.az xəbər verir ki, 22 yaşlı futbolçu bunu “Malyorka”nı 1:0 hesabı ilə məğlub etdikləri XXXIII tur oyununda reallaşdırıb.

İspaniya millisinin üzvü matç ərzində 18 dəfə topu komandasına qazandırıb. Bu da La Liqada mövsümün rekordudur.

Qeyd edək ki, Pedri bu mövsüm bütün tunirlərdə 51 oyunda 5 qol vurub, 7 məhsuldar ötürmə verib.

Bənzər xəbərlər