featured-image-59547

Futbol üzrə İngiltərə Premyer Liqasında mövsümün rekordu qeydə alınıb.

Msport.az xəbər verir ki, buna “Nottinhem Forest” komandası nail olub.

Nunu Eşpritu Santunun baş məşqçisi olduğu kollektiv cari çempionatda ardıcıl 6 qələbə qazanan ilk komandadır. “Nottinhem Forest” XX turda “Vulvehempton”a 3:0 hesabı ilə qalib gəlib. Bununla da komandanın qələbə seriyası 6-ya çatıb. Cari mövsümdə Premyer Liqanın heç bir digər klubu ardıcıl 6 matçda üç xal qazanmayıb.

Qeyd edək ki, hesabında 40 xal olan “Nottinhem Forest” turnir cədvəlində üçüncüdür.

Bənzər xəbərlər