featured-image-21010

İngiltərə Premyer Liqasında 7-ci turdan təxirə salınmış oyun keçirilib.

Msport.az xəbər verir ki, günün yeganə matçı “Mançester Siti” ilə “Tottenhem” arasında keçirilib.

İlk hissə London təmsilçisinin 2:0 hesablı üstünlüyü ilə bitib. Fasilədən sonra isə 4 qol vuran “şəhərlilər” əzmkar qələbəyə seviniblər.

“Mançester Siti” hazırda 42 xalla ikincidir. Lider “Arsenal”ın 47 xalı var. Beşinci olan “Tottenhem”də isə xal 33-dür.

İngiltərə Premyer Liqası
7-ci turun oyunu

19 yanvar

Mançester Siti – Tottenhem 4:2
Qol: X.Alvares, 51. Haland, 53. Mahrez, 63; 90 – Kuluşevski, 44. Emerson, 45+2.

Bənzər xəbərlər