Müdafiəçi “Barselona”da qalır
“Barselona” futbolçusu Ronald Arauxo ilə yeni müqavilə imzalamağa hazırlaşır.
Msport.az xəbər verir ki, Kataloniya klubu uruqvaylı müdafiəçinin müqaviləsini 2030-cu ilin yayına kimi artıracaq.
Arauxonun adı daha əvvəl “Yuventus”la hallanırdı. Onun indiki müqaviləsi 2026-cı ilin yayına kimidir.
Qeyd edək ki, 2020-ci ildən “Barselona”da çıxış edən 25 yaşlı futbolçu cari mövsümdə cəmi 5 matça çıxıb, 1 məhsuldar ötürmə edib.