featured-image-20581

“Şaxtyor”un futbolçusu Mixail Mudrik karyerasını “Çelsi”də davam etdirəcək.

Msport.az xəbər verir ki, 22 yaşlı vinger artıq Londona yollanıb. İnsayder Nikolo Skira ukraynalı oyunçunun “Çelsi”də nə qədər maaş alacağını yazıb. Onun sözlərinə görə, “zadəganlar” Mudrikin ilinə 7,5 milyon avro ödəyəcəklər. Müqavilə 2030-cu ilə kimi nəzərdə tutulub.

“Arsenal” yarımmüdafiəçiyə 5,5 milyon avro təklif edirdi. Lakin “topçular”ın “Şaxtyor”la danışıqları uğursuz olub. Araya girən “Çelsi” daha yaxşı təkliflə futbolçunu və klubunu razı sala bilib.

“Çelsi”nin bu transferə görə, bonuslarla birgə 100 milyon avrodan çox xərcləyəcəyi gözlənilir.

 

Bənzər xəbərlər