featured-image-24880

Ukraynalı məşhur peşəkar boksçu Aleksandr Usikin fikrincə, Mixail Mudrik gələcəkdə “Qızıl top”u qazana bilər.

Msport.az xəbər verir ki, o, “Çelsi”nin Mudrikə görə 100 milyon avro xərcləməsini normal qarşıladığını deyib:

“Hər şeyin qiyməti qalxıb. Mənə elə gəlir ki, o, 100 milyondan da bir qədər baha qiymətə layiqdir. Onu çoxdan izləyirəm. İlk dəfə U-17-də görmüşəm. Saç düzümü və tatusu adamın gözünə girir.

Mənə elə gəlir ki, bu oğlan Ukraynaya dördüncü “Qızıl top”u gətirə bilər”.

Qeyd edək ki, ukraynalı 3 futbolçu – Oleq Bloxin, İqor Belanov və Andrey Şevçenko “Qızıl top”u qazanıb.

ANAR ABDULLAYEV

Bənzər xəbərlər