featured-image-20534

“Şaxtyor”un vingeri Mixail Mudrik “Arsenal”a keçmək arzusundadır. Msport.az xəbər verir ki, insayder Ben Ceykobsun yazdığına görə, futbolçu yanvarın 22-də Premyer Liqada “Mançester Yunayted”ə qarşı oynamaq istəyir.

Artıq bir neçə aydır ki, komanda yoldaşları zarafatla Mudriki “Arsenal”ın oyunçusu adlandırırlar. Yarımmüdafiəçi hazırda Donetsk klubunun heyətində Antalyada təlim-məşq toplanışındadır.

Transferin bir qədər yubanmasının səbəbi ödənişlərin necə olacağı ilə bağlıdır. “Şaxtyor” hələ ki London klubunun 50 milyon funt (56 milyon avrodan çox) təminatlı ödənişini qəbul etməyib. Hazırda tərəflər bonusları müzakirə edirlər.

Ukrayna klubu transferə görə, 100 milyon avro tələb etsə də, “Arsenal” bonuslarla birgə 90-95 milyon avrodan artıq ödəmək niyyətində deyil.

ANAR ABDULLAYEV 

 

 

 

Bənzər xəbərlər