featured-image-30105

Ukrayna Premyer Liqasında müharibə dövründə çıxış edən legionerlər açıqlanıb.

Msport.az xəbər verir ki, 26 ölkədən 48 ölkə nümayəndəsinin yer aldığı siyahıda azərbaycanlı futbolçu da var. Bu, hazırda “İnqulets”in formasını geyinən Dmitri Nağıyevdir. Azərbaycanın U-21 millisinin sabiq üzvü bu mövsüm Ukrayna klubunun heyətində 24 oyun keçirib və 1 qol vurub. O, “Sumqayıt” komandasının da şərəfini qoruyub.

“Footboom.com” saytının hazırladığı məqalədə qeyd olunub ki, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı təcavüzünün başlaması ilə bir çox əcnəbi oyunçu Premyer Liqanı tərk etsə də, müharibədən qorxmayan legionerlər də var.

Bənzər xəbərlər