Müller 429-cu oyununu keçirdi
“Bayern Münhen”in hücumçusu Tomas Müller Almaniya Bundesliqasının 21-ci turunda “Borussiya” (Münhenqladbax) ilə oyunda start heyətində meydana çıxıb.
Msport.az xəbər verir ki, bu 33 yaşlı forvardın Almaniya çempionatında 429-cu matçı olub.
Müller oyun sayına görə, “Bayern”in sabiq qapıçısı Oliver Kana çatıb. Bu göstəricidə əfsanəvi qapıçı Zepp Mayer liderdir – 473 oyun.
Müller Münhen klubunun yetirməsidir. O, 2007-ci ildən əsas komandada çıxış edir. Müller iki dəfə Çempionlar Liqasının qalibi olub.
Tomas 733 oyunda 272 qol vurub.
ANAR ABDULLAYEV







