featured-image-47422

“Bavariya”nın futbolçusu Tomas Müller UEFA Çempionlar Liqasında (ÇL) yeni nailiyyətə imza atıb.

Msport.az xəbər verir ki, hücumçu buna Almaniyada “Real”a qarşı keçirdikləri yarımfinal mərhələsinin ilk oyununda iştirak etməklə nail olub.

Start heyətdə meydana çıxan forvard Münhen təmsilçisində qitənin 1 nömrəli klub turnirində 150-ci matçına çıxıb.

O, ÇL tarixində Xavi (“Barselona” 151) və İker Kasilyasdan sonra (“Real” 150) bir klubda ən azı 150 görüş keçirən üçüncü oyunçudur.

Qeyd edək ki, “Bavariya” – “Real” qarşılaşması heç-heçə yekunlaşıb – 2:2.

Bənzər xəbərlər