Müllerin 709-cü oyunu
Tomas Müller “Bavariya”nın heyətində ən çox oyun keçirən futbolçu rekordunu təkrarlayıb.
Msport.az xəbər verir ki, Almaniya Bundesliqasının I turunda “Volfsburq”la görüşdə iştirak edən hücumameyilli oyunçu Münhen klubunun forması altında 709-cu görüşünü keçirib.
34 yaşlı futbolçu bununla “Bavariya”dakı oyunlarının sayına görə rekordçu Zepp Mayerə şərik olub. Müller daha bir matçda meydana çıxmaqla, tarixi rekordu qıracaq. Müller Bundesliqada 474 qarşılaşmaya çıxmaqla da yeni rekorda imza atıb.
Qeyd edək ki, Tomas Müller 2007-ci ildən “Bavariya”da çıxış edir. Münhen təmsilçisi “Volfsburq”u səfərdə 3:2 hesabı ilə məğlub edib.