Müller milli ilə vidalaşdı
“Bavariya”nın futbolçusu Tomas Müller Almaniya millisindəki karyerasını başa vurub.
Msport.az-ın məlumatına görə, bu barədə ölkənin məşhur “Bild” nəşri məlumat yayıb.
Tomas Müller 2010-cu ildən yığmanın formasını geyinir və 2014-cü ildə dünya çempionu olub.
O, 2022-ci ildə Qətərdə keçirilən mundialdan sonra milli ilə vidalaşdığını açıqlasa da, yenidən komandaya qayıtmışdı. Bundestim Almaniyada təşkil olunan AVRO-2024-ün 1/4 finalında əlavə vaxtda İspaniyaya uduzub – 1:2.