Müller Noyerin rekordunu təkrarladı
Almaniya Bundesliqasının 7-ci turunun “Bavariya” – “Frayburq” matçı (3:0) ev sahilərinin futbolçusu Tomas Müller üçün əlamətdar olub.
Msport.az xəbər verir ki, o, sözügedən görüşdə iştirak edib. Bununla da 34 yaşlı hücumçu Almaniya çempionatında ümumilikdə 448 oyundan 322-də qələbə qazanıb.
Nəticədə Tomas komanda yoldaşı Manuel Noyerə məxsus olan qalibiyyət matçları üzrə Bundesliqa rekordunu təkrarlayıb.
Qeyd edək ki, cari mövsüm Müller 8 oyunda 3 qol ötürməsi verib.