featured-image-27030

Almaniya millisinin futbolçusu Tomas Müller “Bayern Münhen”in tarixinə düşüb.

Msport.az Opta-ya xəbər verir ki, 34 yaşlı hücumçu buna “Frayburq”la ölkə kubokunun 1/4 final oyununa start heyətində çıxmaqla nail olub.

O, Münhen təmsilçisinin heyətində 64-cü dəfə kubok matçına start “11-liy”ində başlayıb. Müller bu göstərici ilə Zepp Mayerin 63 oyunluq rekordunu yeniləyib.

Herd Müller 62, Frants Bekkenbauer 61, Oliver Kan və Hans-Georq Şvartsenbek isə 59 dəfə Almaniya Kubokunda “Bayern Münhen” formasını geyinib.

Qeyd edək ki, Tomas Müller bütün karyerasını Münhen klubunda keçirib. O, 2013 və 2020-ci illərdə Çempionlar Liqasının qalibi olub.

“Bayern” – “Frayburq” matçı Bakı vaxtı ilə saat 22″:45-də başlayıb. Daha əvvəl digər 1/4 final matçında “Ayntraxt” “Union”u 2:1 hesabı ilə məğlub edərək, yarımfinala yüksəlib.

CAHİD

Bənzər xəbərlər