"Münhendə oynamağın necə olduğunu yaxşı bilirəm"- Pep Qvardiola
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Bayern Münhen” üzərində qələbənin onları arxayın salmamalı olduğunu bildirib.
Msport.az xəbər verir ki, İngiltərə klubu 1\4 finalın ilk oyununda evdə 3:0 hesabı ilə qalib gəlib:
“Bu həqiqətən də yaxşı matç oldu, iki top-komanda üz-üzə gəlirdi. 55-60 dəqiqə oyun bərabər getdi.
Rodri inanılmaz qol vurdu. Lakin biz Musiala və Qnabrinin olduğu cinahları nəzarət altına ala bilmirdik. İkinci hissənin ilk 15 dəqiqəsində rəqib daha yaxşı təsir bağışladı, epizodlar yaratdı. Bundan sonra bəzi şeyləri dəyişdik və oyunun qalan hissəsində daha güclü görünürdük.
Bu əla nəticədir, lakin Münhendə oynamağın necə olduğunu yaxşı bilirəm. Biz yeni nələrsə fikirləşməliyik ki, rəqibin ustalığı qarşısında əziyyət çəkməyək və uğur qazanaq”.
ANAR







