featured-image-28724

“Transfermarkt” saytı müqaviləsi 2023-cü ilin yayında başa çatan ən bahalı futbolçuların simvolik yığmasını tərtib edib. Msport.az xəbər verir ki, heyətin dəyəri 349 milyon avro olub.

Siyahıya Leo Messi, Kərim Benzema, David de Xea kimi ulduz futbolçular daxil edilib.

Qapıçı: David de Xea (“Mançester Yunayted, 15 milyon avro).

Müdafiəçilər: Aleks Qrimaldo (“Benfika, 25 milyon), Evan Ndika (“Ayntraxt, 32 milyon), Milan Şkrinyar (“İnter”, 60 milyon), Nelson Semedu (“Vulverhempton”, 15 milyon).

Yarımmüdafiəçilər: Adrian Rabyo (“Yuventus”, 30 milyon), Daiti Kamada (“Ayntraxt, 30 milyon), Yuri Tilemans (“Lester”, 30 milyon).

Hücumçular: Markus Türam (“Borussiya Münhenqladbax”, 32 milyon), Kərim Benzema (“Real”, 35 milyon), Lionel Messi (PSJ, 45 milyon).

 

Bənzər xəbərlər