Murad Musayev imtina etdi, başqa məşqçi tapdılar
Raşid Rahimov Rusiyanın “Rubin” klubunun baş məşqçisi təyin olunub. Msport.az xəbər verir ki, o, bu gün istefaya göndərilən Yuri Utkulbayevi əvəzləyib.
Rahimov 2002-ci ildən məşqçilik edir. 58 yaşlı mütəxəssis Avstriyanın “Admira Vakker”, “Amkar”, “Lokomotiv”, “Axmat”, və “Ufa” klublarına rəhbərlik edib.
Kazan klubu Rusiya I dəstəsində 2-ci yeri tutur. Komanda 26 oyundan 47 xal toplayıb və lider “Baltika”dan 6 xal geri qalır.
Qeyd edək ki, “Rubin”in baş məşqçi postuna namizədlər arasında Murad Musayev də var idi. Lakin “Sabah”ın baş məşqçisi bu təklifdən imtina etmişdi.
ANAR







