Murad Musayev Rusiyada da hakimlərdən narazıdır
“Sabah”ın sabiq baş məşqçisi Murad Musayevin ulduzu Rusiyaya getdikdən sonra da hakimlərlə barışmır. Hazırda “Krasnodar”ı çalışdıran 40 yaşlı mütəxəssisin komandası dünən Rusiya çempionatının 24-cü turu çərçivəsində “Zenit”i qəbul edib.
35 min azarkeşin izlədiyi qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Musayev matçdan sonra Sergey İvanovun başçılıq etdiyi hakimlər briqadasını kəskin tənqid edib:
“Hamı kənardan gördü ki, hakim tərəfindən dəhşətli oyun oldu. O, sərt oynamağa imkan verirdi, amma sonra hər boş şeyə görə fit çalmağa başladı. Təəssüf ki, bu cür oyuna zəiflik göstərən bir hakimi təyin etmişdilər”.