“Murad Musayevin işi Azərbaycanda alınmadı”
“Mourinyo uzun illər ərzində müxtəlif klublarla nəticə qazanmış baş məşqçi nümunəsidir. Nəticələrdə sabitlik görünür”.
Msport.az xəbər verir ki, bunu rusiyalı mütəxəssis Rinat Bilyaletdinov deyib.
O, “Krasnodar”da çalışan Murad Musayevi məşhur məşqçilərlə müqayisə edib. Bilyaletdinov həmyerlisinin Azərbaycanda çalışdığı, “Sabah”a rəhbərlik etdiyi dövrü də qiymətləndirib: “Əvvəllər Aleks Ferqyuson və Arsen Venger də olub. Musayev isə “Krasnodar”da çalışıb və sonradan klubu tərk edib. Onun işi Azərbaycanda alınmadı. Burada yüksəlişlər və enişlər oldu”.
Qeyd edək ki, 2021-ci ilin oktyabrından 2024-cü ilin yanvarına qədər “Sabah”ı çalışdıran Musayev komandasına ölkə çempionatının gümüş medalını qazandırıb.