Musa oynadı, komandası uduzdu
Azərbaycanlı futbolçu Musa Qurbanlının formasını geyindiyi “Yurqorden”in Kanar adalarında təlim-məşq toplanışı davam edir.
Msport.az xəbər verir ki, Musanın komandası növbəti yoxlama matçında qüvvəsini sınayıb.
“Yurqorden” Norveç təmsilçisi “Vikinq”ə 1:3 hesabı ilə uduzub. Azərbaycan yığmasının futbolçusu 46-cə dəqiqədə meydana çıxmaq şansı əldə edib. O, norveçlilərlə qarşılaşmada fərqlənə bilməyib.
Qeyd edək ki, bundan əvvəl keçirdiyi 3 görüşdə qol vura bilməyən “Yurqorden” uğursuz tilsimi qıra bilib. “Brommapoykarna” (0:3) və “Myallbü”yə (0:1) uduzan Musanın komandası “Vasteras”la (0:0) heç-hemə oynayıb.