featured-image-48130

Azərbaycan millisinin hücumçusu Musa Qurbanlı “Yurqorden”in İsveç çempionatının IX turunda “Brommapoykarna”ya qarşı keçirəcəyi matçda iştirak etməyəcək.

Msport.az xəbər verir ki, 22 yaşlı forvardın adı Stokholm təmsilçisinin səfər matçı üçün açıqlanan iştirak ərizəsinə salınmayıb. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

M. Qurbanlının adı ötən tur iştirak ərizəsində olsa da, futbolçu ehtiyatda qalmışdı.

Qeyd edək ki, “Yurqorden” 8 turdan sonra 16 xalla üçüncü, “Brommapoykarna” isə 10 xalla on birinci pillədə qərarlaşıb.

Bənzər xəbərlər