featured-image-36312

“Sabah” klubunun qapıçısı Yusif İmanov və İsveçin “Yurqorden” komandasında çıxış edən Musa Qurbanlı top-klub üçün ən çox hazır olan 100 gənc futbolçu sırasına düşüblər.

Msport.az xəbər verir ki, 21 yaşlı qolkiper Beynəlxalq İdman Araşdırmalar Mərkəzinin açıqladığı siyahıda yer alıb.

İmanov 49,5 təcrübə göstəricisi ilə 55-cidir. Onun transfer dəyəri isə 700 min avro olaraq qeyd edilib. Qurbanlı (46 təcrübə) isə 3,6 milyon avroluq dəyərlə 88-cidir.

Birinci sırada Portuqaliya “Benfika”sından Antoniu Silva (79,5 təcrübə) qərarlaşıb. Hücumçunun qiyməti 102,5 milyon avrodur.

 

Bənzər xəbərlər