featured-image-48359

“Komanda yoldaşlarım arasında Musa mənə daha çox qayğı göstərir (gülür)”.

Msport.az xəbər verir ki, bu sözləri “Yurqorden”inin futbolçusu Keyta Kosugi deyib.

Yaponiyalı müdafiəçi Musa Qurbanlı ilə yaxşı münasibətlərinin olduğunu bildirib: “Məşqlərə həmişə birlikdə gedirik. Hətta məni şam yeməyinə də dəvət edir. Bu yaxınlarda Hindistan və Efiopiya mətbəxinə aid yeməklərin dadına baxdıq. Ümumiyyətlə, o, mənə çox qayğı göstərir”.

Qeyd edək ki, Musa Qurbanlı yayda İsveç klubundan ayrılmağa hazırlaşır.

Bənzər xəbərlər