featured-image-31824

Camal Musiala may ayında “Bayern”in ən yaxşı futbolçusu seçilib. Msport.az xəbər verir ki, 20 yaşlı oyunçu respondentlərin 71 faizinin səsini qazanıb.

Azarkeşlər üçün ən unudulmaz məqamlardan biri son turun 89-cu dəqiqəsində Musialanın “Köln”ün qapısına vurduğu qol olub. Məhz bu qol Münhen klubuna çempionluğu gətirib. Qeyd edək ki, oyun 2:1 hesabı ilə başa çatıb.

Vinger ötən mövsüm Bundesliqada 33 oyunda 12 qol vurub və 10 məhsuldar ötürmə verib.

Bənzər xəbərlər