featured-image-15955

Futbol üzrə Ukrayna Premyer Liqasında 10-cu turun oyunları keçirilib.

Msport.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Emil Musatafayevin formasını geyindiyi “Aleksandriya” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə Donetsk “Şaxtyor”u ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən heç-heçə ilə ayrılıb – 2:2.

Mustafayev bu görüşün iştirakçısı olmayıb. O, bu dəfə sonadək ehtiyatda qalıb.

“Aleksandriya” 10 turdan sonra 17 xalla 16 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb.

Bənzər xəbərlər