featured-image-25026

Ukrayna Premyer Liqasında 17-ci turun oyunları keçirilib.

Msport.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Emil Musatafayevin formasını geyindiyi “Aleksandriya” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv “Minay”ın qonağı olub. Futbolçumuzun komandası bu görüşdən heç-heçə ilə ayrılıb – 1:1.

Mustafayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 84-cü dəqiqədə əvəzlənib.

“Aleksandriya” hazırda 27 xalla 16 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.

Bənzər xəbərlər