Mutunu italiyalı əvəzlədi
Rumıniyanın “Rapid” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Msport.az xəbər verir ki,“Neftçi” ilə anlaşan Adrian Mutunu Kristiano Berqodi əvəzləyib.
59 yaşlı məşqçi bu gün rəsmi müqaviləyə imza atacaq və komandanı məşqə çıxaracaq.
Qeyd edək ki, Adrian Mutu ötən ildən “Rapid”ə rəhbərlik edib. O, bu gün Bakıya gəlib rəsmi müqavilə bağlayacaq, daha sonra komandaya qoşulmaq üçün Rusiyaya gedəcək.







