featured-image-24184

İngiltərə Federasiya Kubokunda 1/8 final mərhələsinə yekun vurulub.

Msport.az xəbər verir ki, bu gün daha 4 görüş baş tutub.

“Sauthempton” aşağı liqa klubu “Qrimsbi”yə uduzaraq mübarizəni dayandırıb. “Tottenhem” də “Şeffild Yunayted”lə mübarizədən məğlub ayrılıb. “Bernli” “Flitbud”u, “Mançester Yunayted” “Vest Hem”i mübarizədən kənarlaşdıraraq növbəti mərhələyə yüksəlib.

Daha öncə “Blekbern”, “Brayton”, “Fulhem” və “Mançester Siti” də 1/4 finala vəsiqə qazanmışdı.

İngiltərə Federasiya Kuboku
1/8 final
1 mart

Sauthempton – Qrimsbi 1:2
Qol: Çaleta-Çar, 65 – Holohan, 45+1-pen; 50-pen.

Bernli – Flitbud 1:0
Qol: Roberts, 90.

Mançester Yunayted – Vest Hem 3:1
Qol: Agerd, 77-öz qapısına. Qarnaço, 90. Fred, 90+5 – Benrahma, 54.

Şeffild Yunayted – Tottenhem 1:0
Qol: Ndiaye, 79.

Bənzər xəbərlər