MY “Sevilya” ilə oyuna itkiylə yollanır
“Mançester Yunayted” sabah Avropa Liqasının 1/4 final mərhələsi çərçivəsində səfərdə “Sevilya”nın qonağı olacaq.
Msport.az xəbər verir ki, “qırmızı şeytanlar”ın əsas qol silahi Markus Reşford bu oyunu buraxmalı olacaq. 25 yaşlı hücumçu əzələsində ağrılar hiss etdiyindən İspaniyaya getməyəcək.
Qeyd edək ki, Reşford hazırda 6 qolla Avroliqanın bombardiridi.
Royal Türksoy







