featured-image-44886

Almaniya millisinin baş məşqçisi Yulian Nagelsmann Dortmund “Borussiya”sına rəhbərlik edə bilər.

Msport.az xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq məlumat verib.

Komandanın hazırkı baş məşqçisi Edin Terziçin gələcəyi sual altındadır və hələlik yekun qərar verilməyib. Klub rəhbərliyi mümkün namizədlər sırasına Nagelsmannın da adı daxil edilib.

Dortmund klubunun baş direktoru Hans-Yoahim Vatske bu mütəxəssisin pərəstişkarıdır və onun komanda üçün uyğun olduğuna inanır.

Bənzər xəbərlər