“Nant” finala vəsiqə qazandı
Fransa kubokunda ilk finalçı məlum olub. Msport.az xəbər verir ki, ilk yarımfinal görüşündə “Nant” doğma meydanda “Lion”a” minimal hesabla qalib gəlib.
Digər finalçı sabah “Ansi” – “Tuluza” matçında bəlli olacaq.
Fransa kuboku
Yarımfinal
5 aprel
Nant – Olimpik (Lion) 1:0
Qol: Blas, 57.
6 aprel
22:45. Ansi – Tuluza







